“Qarabağ dastanından sonra Azərbaycan bir demokratiya dastanı yaşadı”.
xəbər verir ki, bunu “Türkiyə Mərmərə Qrupu Vəqfi”nin rəhbəri Akkan Suver 7 fevral Azərbaycanda keçirilən növbədənkənar seçkilərinin nəticələri ilə bağlı danışarkən deyib.
O bildirib ki, bunadək Türkiyə “Mərmərə qrupu Vəqfi” Avropa ölkələrində baş tutan seçkilərdə müşahidəçi qismində iştirak edib.
“Ötən gün Türkiyənin “Mərmərə Qrupu Vəqfi”nin nümayəndələri 42 məntəqədə olub. 7 fevral tarixində Azərbaycanda keçirilən seçkilər digər Avropa ölkələrində keçirilən seçkilər qədər şəffaf idi. Hər kəs səbirlə növbəsini gözləyərək səslərini verib. Ümumi olaraq, bütün proses şəffaf baş tutdu”, – deyə o əlavə edib.