2024-cü ilin fevral ayının 1-nə bağlanmış əmək müqavilələrinin sayı 1.816.008 təşkil edib ki, bu da 2019-cu ilin əvvəli ilə müqayisədə 414,1 min vahid çoxdur.
Bu barədə “-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 364.533 artaraq 904.455-ə çatıb.