İstanbul məhkəməsi fevralın 6-da şəhərdə baş verən terror aktı ilə bağlı 48 şübhəlini həbs edib.
xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç daha əvvəl bildirmişdi ki, istintaq çərçivəsində 102 nəfər, o cümlədən 96 nəfər terror fəaliyyətində iştirakda şübhəli bilinərək saxlanılıb. İş İstanbul Baş Prokurorluğu tərəfindən araşdırılır.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, fevralın 6-da İstanbulun Çağlayan rayonunda ədliyyə binasının girişində iki nəfər terror aktı törətməyə cəhd edilib. Üçü polis məmuru olmaqla altı nəfər yaralanıb, onlardan biri sonradan dünyasını dəyişib.