Noyabrın 9-dan etibarən hər həftənin 4-cü günü Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən avtobus reysi fəaliyyətə başlayır.
Avtovağzalın mətbuat xidmətindən verilən məlumata görə, artıq Bakı-Xarkov-Poltava- Kiyev reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir. Avtobus Rusiya Federasiyasının ərazisindən keçərək, 40 saat yol qət etməklə mənzil başına çatacaq.
13 noyabr tarixindən isə hər həftənin birinci günü yerli vaxtla 15:00-da Kiyev-Xarkov-Bakı (2668 km) istiqamətində avtobus reysi Kiyev Mərkəzi Avtovağzalından həyata keçiriləcək. Avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100.00 manat təşkil edir.
Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur.
Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.
Qeyd edək ki, biletlərin qiyməti daşımaları həyata keçirən Ukrayna və Azərbaycanın şirkətlərinin və hər iki ölkənin aidiyyəti qurumlarının qarşılıqlı razılığına əsasən müəyyənləşdirilib.
Müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar “Wi-Fi” şəbəkəsi ilə təchiz edilib.
Sərnişinlərin yol boyu çay və qəhvə ilə təmin olunması nəzərdə tutulub.
Əlavə məlumat almaq istəyənlər (012) 406 01 59, (012) 406 01 59 nömrəi telefonlarla əlaqə saxlaya bilərlər.