Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili bu gün Türkiyəyə rəsmi səfərə gedəcək.
-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Darçiaşvili türkiyəli həmkarı Hakan Fidanla, həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşəcək.
Qeyd olunub ki, görüşlər zamanı Gürcüstanla Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə, iki ölkə arasında əlaqələrin cari gündəliyinə diqqət yetiriləcək.