Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 28 min 663-ə yüksəlib.
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Qudra qeyd edib.
Qudra, İsrail qüvvələrinin son hücumlarında daha 104 fələstinlini yaraladığını və Qəzza zolağında yaralananların ümumi sayının 68 min 395-ə çatdığını bildirib.
Səhiyyə Nazirliyinin sözçüsü, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiklərini vurğulayıb.