İtaliyada plastik qab istifadə edənlərə 50 avrodan 500 avroyadək cərimə…

İtaliyanın Adriatik dənizində yerləşən Tremiti adalarında birdəfəlik plastik qabların istifadəsinə görə cərimə tətbiq olunub.

Trend-in məlumatına görə, bu qərar turistik bölgənin həddən artıq çirklənməsi ilə əlaqədar qəbul edilib.

Qeyd olunur ki, birdəfəlik qablardan istifadə edən həm yerli sakinləri, həm də turistləri 50 avrodan 500 avroyadək cərimə gözləyir.

Tremiti adaları İtaliyanın şərqində, sahildən 20 kilometr aralıda yerləşir.

Share: