Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, reyd zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi “Bakı Tikinti Materialları” ASC-nin ərazisində istehsalat tullantılarının qalaqlanması faktı aşkar edilib.
Faktla bağlı ASC-nin sahə rəisi Vaqif Qəmbərov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.