Yaxın günlərdə Ukraynaya 8-ci yardım paketi göndəriləcək

Yaxın günlərdə Ukraynaya 8-ci yardım paketi göndəriləcək

Yaxın günlərdə Ukraynaya 8-ci yardım paketi göndəriləcək

“Ukraynaya yalnız hərbi yardım deyil, həm də ölkənin bərpası və yenidən qurulması üçün yardım da lazımdır”.

-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu G7-yə sədrlik edən ölkə İtaliyanın xarici işlər naziri Antonio Tayani Münxen Təhlükəsizlik Konfransı çərçivəsində G7 ölkələri XİN rəhbərlərinin görüşündən sonra brifinqdə deyib.

O bildirib ki, İtaliya parlamenti Ukraynaya 8-ci yardım paketinə müsbət qərar verib və yaxın günlərdə bu yardım göndəriləcək.

“İtaliya yalnız hərbi yardım deyil, həm də humanitar yardım edir. Biz Ukraynanın elektrik şəbəkəsinin bərpası üçün Avropa İnkişaf Bankının layihəsinə 200000 avro maliyyə yardımı ayırdıq və bununla bağlı müqavilə imzaladıq.

Həmçinin İtaliya əsgərləri Ukrayna sərhədlərinə yaxın ölkədədir, onlar NATO müttəfiqlərini qoruyur, amma, eyni zamanda, bu, güclü siqnal da göndərir ki, İtaliya Ukraynanı dəstəkləyir. İki il uzun müddətdir, bu Ukrayna üçün də çətindir. Siyasi dəstək həm Ukrayna, həm də Rusiya üçün vacib siqnaldır. Biz sülh və ədalət istəyirik. Ədalət Ukraynanın azadlığı deməkdir”.

Nazir İtaliya olaraq müxtəlif sahələrdə Ukraynaya dəstək verdiklərini diqqətə çatdırıb: “Biz Ukraynanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyirik. Ukraynanın məğlubiyyəti bizim məğlubiyyətimiz, Ukraynanın azadlığı bizim azadlığımızdır. Unutmayın ki, Ukrayna həm də Aİ-yə üzv olmağa namizəddir”.

Antonio Tayani deyib ki, Avropa Rusiyaya qarşı müharibə aparmır: “Biz Ukraynanın azadlığını dəstəkləyirik. Biz ədaləti, beynəlxalq hüququ dəstəkləyirik, kiməsə müharibə açmırıq. Biz sanksiyalardan istifadə edirik, hüquq addımlar atırıq”, – diplomat vurğulayıb.

Share: