Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

DİM-dən -a verilən xəbərə görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 11 binada təşkil olunub. İmtahanın idarə olunması üçün 11 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri, 258 nəzarətçi, 39 buraxılış rejimi əməkdaşı ayrılıb.

Fevralın 19-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

Share: