MDM 2027-ci ilə kimi 50 min fərdi depo hesabının açılmasını planlaşdırıb

MDM 2027-ci ilə kimi 50 min fərdi depo hesabının açılmasını planlaşdırıb

MDM 2027-ci ilə kimi 50 min fərdi depo hesabının açılmasını planlaşdırıb

Milli Depozit Mərkəzi (MDM) qarşıdakı üç ildə Azərbaycanda 50 min fərdi depo hesabının açılmasını planlaşdırıb.

“-Economics” xəbər verir ki, bu, MDM-nin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasında bildirilib.

Strategiyada həmçinin, əsas fəaliyyət istiqamətlərinin sayının 12-yə çatdırılması, Mərkəzin beynəlxalq depozitarda hesab açması, Mərkəz Kontragent modelinin formalaşdırılması nəzərdə tutulub. Bundan əlavə, Mərkəz rəqəmsallaşma səviyyəsinin 85 %-ə, müştəri məmnunluğunun 80 %-ə, qurumun xidmətlərinin bütün ölkədə əlçatan olmasını, kiberhücumların 100% səviyyəsində qarşısının alınması və PFMI standartlarına uyğunluğu hədəfləyib.

Qeyd edilib ki, aylıq əməliyyatlar üzrə hüquqların ötürülməsinin sayı 2024,2025 və 2026-cı illər üzrə müvafiq olaraq 1500, 5000, 25000-ə çatdırılması planlaşdırılıb.

Share: