Rusiya Kubaya neft və neft məhsullarının tədarükü üçün iki kredit ayırıb, onlardan biri artıq yerinə yetirilib.
-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla ilə danışıqların yekununda deyib.
“Yanacaq məsələsinə gəlincə: bu il iki xüsusi kredit verilib, biri artıq yerinə yetirilib, neft və neft məhsullarının tədarükü baş verib, o cümlədən ərzaq məhsullarının. Neft və neft məhsullarının tədarükü davam edir. Təbii ki, biz ciddi şəkildə işlə məşğuluq” – rusiyalı diplomat bildirib.