Üzərinə həbs qoyulmuş əmlaka qulluq qaydası müəyyən edilir.
-nın xəbərinə görə, bu, Milli Məclisin fevralın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, üzərinə həbs qoyulmuş əmlak saxlanılması üçün mülkiyyətçisinə və ya sahibinə verilmədiyi hallarda cinayət prosesini həyata keçirən orqan bu əmlakın mülkiyyətçisinin yazılı müraciəti və ya yazılı razılığı əsasında və onun hesabına həmin əmlaka qulluq olunmasını təmin edir. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirlər cinayət prosesini həyata keçirən orqanın müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.