Vaşinqton fevralın 23-də Rusiyaya qarşı yeni sanksiyalar paketini elan etməyi planlaşdırır.
xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi bildirib.
Onun sözlərinə görə, yeni paket Navalnının ölümü ilə əlaqədar baş verənlərə reaksiyadır.
Fevralın 19-da ABŞ Prezidenti Co Bayden deyib ki, Vaşinqton Navalnının ölümü ilə bağlı əlavə sanksiyalar tətbiq etməyi düşünür.
Qeyd edək ki, Rusiyanın Yamal-Nenets Muxtar Vilayətinin Penitensiar Xidməti fevralın 16-da Navalnının cəzaçəkmə müəssisəsində öldüyü barədə məlumat yayıb. Məlumata görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Təcili tibbi yardım briqadası reanimasiya tədbirləri həyata keçirsə də, bu,