Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımov “Gözlə məni” romansını yeni aranjemanda təqdim edib.
Gəncə Dövlət Filarmoniyasından -ya verilən xəbərə görə, “Gözlə məni” romansının yeni aranjemanı görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi münasibəti ilə hazırlanıb.
Qeyd edək ki, sözləri Şirzad Əliyevə məxsus romansın yeni aranjemanı Emin Həsənova aiddir. Videoçarxın səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayevdir.