Hakan Fidan BMT sistemində islahatları zəruri hesab edir

Hakan Fidan BMT sistemində islahatları zəruri hesab edir

Hakan Fidan BMT sistemində islahatları zəruri hesab edir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rio-de-Janeyroda keçirilən “İyirmiliklər Qrupu”nun (G20) nazirlər toplantısında BMT Təhlükəsizlik Şurasının beynəlxalq böhranları həll edə bilməməsi səbəbindən bütün BMT sistemində islahatların aparılması zərurətindən danışıb.

xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən TRT Haber telekanalı məlumat yayıb.

TRT-nin məlumatına görə, “Qlobal İdarəetmə İslahatı” sessiyasında çıxış edən türkiyəli nazir qeyd edib ki, BMT Təhlükəsizlik Şurası bir çox məsələdə, xüsusən də Qəzza böhranının həlli istiqamətində addım ata bilmir.

Fidan beynəlxalq hüququn parametrlərinə əsaslanan daha demokratik, hesabatlı BMT sisteminə ehtiyac olduğunu vurğulayıb.

Fidan həmçinin bildirib ki, beynəlxalq maliyyə sistemi daha şəffaf və dayanıqlı olmalı, maliyyə qurumları inkişaf etməkdə olan və yoxsul ölkələrin maraqlarını nəzərə alan siyasət yürütməlidir. Əks halda, G20 davamlı inkişaf məqsədinə nail ola bilməyəcək.

Share: