Yol polisləri həftə ərzində mindən çox orta məktəb şagirdləriylə görüşdülər…

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Abşeron rayon Dövlət Yol Polisi Şöbəsi  orta məktəblərdə təbliğat məqsədilə maarifləndirmə tədbirləri keçirib.
Bu həftə ərzində Abşeron rayonu ərazisində yerləşən 7 məktəbdə 1000-dən artıq şagird, valideyn və müəllim heyəti ilə görüş keçirilib. Görüşlərdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev, həmin şöbənin əməkdaşları, polkovnik-leytenantlar Səbri Hüseynov və İsa Deystani va polis leytenantı Turan Daşdəmirova, eləcə də Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis baş leytenantı Vasif Sadıqov məktəblilərin çoxsaylı suallarını cavablandırıb, onlara tövsiyələr veriblər.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çap olunan “Yol hərəkəti qaydalarının əlifbası” kitabı şagirdlərə hədiyyə olunub. Bu cür tədbirlər davamlı olaraq digər məktəblərdə də təşkil olunacaq.

Share: