Ukrayna ilə sərhəddə yerləşən “Xrebene-Rava Ruska” sərhəd-keçid məntəqəsini blokadaya alan polşalı fermerlər yola mismar və vint töküblər.
xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
İlkin məlumata görə heç bir nəqliyyat vasitəsi hələ zərər çəkməyib. Çünki blokada səbəbindən nəzarət-keçid məntəqəsində hərəkət praktik olaraq yoxdur. Polis tədqiqata başlayıb.
Fevralın 9-da polşalı fermerlər irimiqyaslı etiraz aksiyalarına və Ukrayna ilə sərhəddəki sərhəd məntəqələrini blokadaya almağa başlayıblar. Onlar Ukraynadan ucuz kənd təsərrüfatı mallarının gətirilməsini məhdudlaşdırmağı və ya tamamilə dayandırmağı, milli heyvandarlığa dəstəyi gücləndirməyi tələb edir, eləcə də Avropa İttifaqının “Yaşıl kurs” strategiyasına narazılıqlarını bildirirlər.
Fevralın 26-da polşalı fermerlər Slovakiya ilə sərhəddə “Barvinek” keçidini bağlayıb, eləcə də Almaniya ilə sərhəd yaxınlığındakı Svetsko yaşayış məntəqəsində A2 trassında yük maşınlarının yolunu kəsiblər.