Mitinq üçün Samsun şəhərinə gələn Türkiyənin Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə hava limanında halay çəkib.
Müstəqil.Az “Hürriyyət”ə istinadla xəbər verir ki, prezidentliyə namizəd bu gün saat 12:00-da xüsusi təyyarə ilə Samsun-Çərşənbə aeroportuna eniş edib.
Partiyadaşları tərəfindən gül-çiçək və zurna-qavalla qarşılanan Məhərrəm İncə əlinə dəsmal alıb halay çəkib.
Onun Cümhuriyyət Meydanında mitinq keçirəcəyi planlaşdırılıb.
Müstəqil.Az