Nyu-York apellyasiya məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın “Tramp Təşkilatı”nın aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıq işi ilə bağlı 454 milyon dollarlıq cərimənin ödənilməsinin təxirə salınması tələbini rədd edib.
xəbər verir ki, bununla belə, siyasətçinin ABŞ-də rəhbər vəzifələr tutmasına qoyulan qadağanı müvəqqəti olaraq dayandırmağa razılaşıb.
Hakim həmçinin Trampın Nyu-York əyalət banklarından kredit götürməsinə qoyulmuş üç illik qadağanı ləğv edib.
Fevralın 16-da Nyu-York məhkəməsi Trampı “Trump Organization” təşkilatının aktivlərinin qiymətləndirilməsində saxtakarlıq ilə bağlı mülki işdə təqsirli bilib və ona təxminən 355 milyon dollar ödəməyə məcbur edib.Fevralın 23-də məhkəmə qərarına əlavələr edilib və ümumi cərimə faizlə birlikdə 454 milyon dollara yüksəlib.
Tramp qərardan apellyasiya şikayəti verib.