Berlində səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın dövlət katibi Tomas Bagger ilə ikitərəfli görüş keçirib.
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Almaniya arasında ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə ediblər.
Azərbaycanlı nazir almaniyalı rəsmini Ermənistan XİN rəhbəri ilə apardığı müzakirələr barədə də məlumatlandırıb.