Rusiyanın “İrAero” aviaşirkəti aprelin 2-dən Omskdan Bakıya reysə başlayacaq.
xəbər verir ki, bu barədə Omsk hava limanının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib.
Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətə yola düşəcək.