Ötən ay ərzində dövlət sərhəddində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 102 kiloqram 250 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1265 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 130 min 696 manat оlan qaçaqmal, о cümlədən patron, külli miqdarda ABŞ valyutası, nərə balığı, dərman preparatları, ətir və tütün məmulatları saxlanılıb.