Cəlilabad şəhərində baş verən yol qəzasında xəsarət alanların hazırkı vəziyyətləri açıqlanıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından -nın cənub bürosuna verilən məlumata görə, saat 21:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 1981-ci il təvəllüdlü (qadın cinsli) şəxsə başın küt travması, başın təpə nahiyəsinin cırılmış yarası, sağ tərəfli alnın və üzün sıyrılmış yaraları, hər iki yuxarı ətrafın sıyrıqları, qarının küt travması, 1974-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın küt travması, alının sol almacıq nahiyəsinin, çənə nahiyəsinin əzilmiş, cırılmış yaraları, 1992-ci il təvəllüdlü (kişi cinsli) şəxsə qarnın küt travması, qarnın daxili orqanlarının zədələnməsi diaqnozu təyin edilib.
1974-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.
Digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***
21.33
Cəlilabad rayonunda baş verən qəzada xəsarət alanlar var.
-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad şəhərində qeydə alınıb. VAZ-21011 markalı minik avtomobili ilə “Chevrolet Cruz” markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində xəsarət alanlar var.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.