Britaniya demokratiyası ifratçı qüvvələr, o cümlədən radikal sağ hərəkatlar tərəfindən təhlükə altındadır.
-nın TASS-a istinadən verdiyi məlumata görə, baş nazir Rişi Sunak xalqa gözlənilməz müraciəti zamanı ölkədəki vəziyyəti belə qiymətləndirib. Eyni zamanda o, Londonda və Britaniyanın digər şəhərlərində Fələstinə dəstək və İsrailin Qəzza zolağındakı hərbi əməliyyatına qarşı tez-tez keçirilən etiraz aksiyalarından öz məqsədləri üçün istifadə edən radikalları sərt şəkildə tənqid edib.