“2021-ci ilin yanvar ayından etibarən Azərbaycan Ermənistanla dövlətlərarası münasibətlərin normallaşması istiqamətində konkret addımlar atıb”.
-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov azərbaycanlı və türkiyəli jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycan 2022-ci ildə məlum 5 baza prinsipini təqdim edib və bu prinsiplər Ermənistan tərəfindən qəbul edilib.
“Eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də bu müsbət dəyərləndirilib. Azərbaycan tərəfindən hazırlanmış və bir ildən artıq müzakirələri davam edən sənəd layihəsi də məhz o prinsiplər üzərində qurulub, beynəlxalq hüququn norma və prinsipləri əsasında formalaşıb. Bizim gözləntilərimiz bu məsələnin hüquqa əsasən həll edilməsi, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması şərtindən, sülh müqaviləsinin razılaşdırılması və tərəflərin bunu qəbul etməsindən ibarətdir. Bu sülh elə bir şərtlərə əsasən qurulmalıdır ki, davamlı olsun, gələcəkdə hər hansı bir açıq sualların olmasına səbəb olmasın”.