Naxçıvanda 19 yaşlı oğlan boyun nahiyəsindən bıçaqlanıb.
-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb.
Hadisə zamanı 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlu Şərur rayon Cəlilkənd sakini, həmyaşıdı – Kərimov Tural Vəli oğlu tərəfindən bıçaqlanıb.
O, təcili olaraq Naxçıvan Sağlamlıq Mərkəzinə aparılıb və əməliyyat olunub.
Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.