Sakit okeanda Yeni Zelandiyanın tərkib hissəsi olan Kermadek arxipelaqının cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Hiks-Bey şəhərindən 675 km şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.