Azərbaycan 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərib və ərazi bütövlüyünü bərpa edib.
xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın vəfatının 75-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən tədbirdə deyib.
Baş katib Türkiyə-Azərbaycan münasibətlərinin möhkəm bağlara sahib olmasını vurğulayıb.
“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələsinin əsasını qoyub. Bu gün inanırıq ki, Nuri Paşanın, Qafqaz İslam Ordusu şəhidlərinin, Vətən Müharibəsi şəhidlərinin ruhu şaddır. Xalqımız onları unutmayacaq, əbədiyyən xatırlayacaqdır”, – o əlavə edib.