Kürdəmir xəstəxanasında azyaşlının yanlış müayinə səbəbindən ölməsi ilə bağlı cinayət işi başlanıb

Kürdəmir xəstəxanasında azyaşlının yanlış müayinə səbəbindən ölməsi ilə bağlı cinayət işi başlanıb

Kürdəmir xəstəxanasında azyaşlının yanlış müayinə səbəbindən ölməsi ilə bağlı cinayət işi başlanıb

Kürdəmirdə azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb.

Bu barədə -ya Baş Prokuorluğun Mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, Kürdəmir rayonu sakini 2019-cu il təvəllüdlü H.N-nin (şərti) “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim müayinəsindən keçməsinə baxmayaraq, müayinələr zamanı ağciyərlərin hemorragik pnevmoniyasının müəyyən edilməməsi və onun həmin xəstəlik səbəbindən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Share: