“Qarabağ” UEFA Avropa Liqasında Almaniyanın “Bayer 04” klubu ilə qarşılaşıb.
xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyununda ağdamlıllar heç-heçə edib.
Azərbaycan futbolu adına tarixi matçın ilk hissəsi “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci hissədə üstünlüyü qorumağa çalışan “köhlən atlar” 70-ci dəqiqədəki səhvlə qapısında qol görüb.
Qarşlıqlı hücumlar şəraitində keçən matçda almanlar təşəbbüsü ələ alıb və əsas vaxta əlavə olunmuş dəqiqələrdə hesabı bərabərləşdirib.
Bununla da Almaniya təmsilçisi 34 oyunluq məğlubiyyətsizlik seriyasının qırlımasına son anda imkan verməyib.
7 mart
UEFA Avropa Liqası
1/8 finalın ilk oyunu
21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer” (Almaniya) 2:1
Qol: Y. Benzia, 26, Juninyo, 45+, F. Virtz, 70
Hakimlər: Benoit Bastian, Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)
Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ“: 99. Andrey Lunyov, 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Baş məşqçi: Qurban Qurbanov
“Bayer“: 17. Matey Kovar, 20. Alexandro Qrimaldo, 12. Edmind Tapsoba, 4. Conatan Tah (k), 6. Odilon Kassunu, 21. Amin Adli, 8. Robert Endrix, 25. Ezekyel Palasios, 19. Natan Tella, 9. Borxa İqlesias, 23. Adam Hlojek