Kürdə batdığı ehtimal edilən şəxsin axtarışları davam edir

Kürdə batdığı ehtimal edilən şəxsin axtarışları davam edir

Kürdə batdığı ehtimal edilən şəxsin axtarışları davam edir

Kür çayının Salyan rayonu, Babacanlı qəsəbəsi ərazisindən keçən hissəsində 4 mart 2024-cü il tarixində batdığı ehtimal edilən 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Nazirlikdən -ya verilən xəbərə görə, gün ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib.

Əlavə məlumat veriləcək.

Share: