Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransa yekun vurulub.
xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransda iki gün ərzində islamofobiya ilə bağlı ayrı-ayrı panel müzakirələr təşkil edilib.
Müzakirələr zamanı çıxışçılar xüsusilə Qərbdə cərəyan edən islamofobik düşüncənin fəsadlarından, onun siyasi təzahüründən, eləcə də qarşısının alınması üçün lazım olan tədbirlərdən danışıblar.
Yekunda iştirakçılar tərəfindən Kommünike qəbul edilib.
Kommünikenin mətnini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.
Kommünikedə iki günün xülasəsi, müzakirələrin mövzusu və digər bu kimi məsələlər öz əksini tapıb.
Müzakirə iştirakçıları islamafobiya kontekstində İslam irsinin təhqir edilməsini və məhv edilməsini pisləyiblər.
***
10.10
Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransın ikinci günü başlayıb.
xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransın ikinci günündə ayrı-ayrı panel müzakirələr nəzərdə tutulub.
Qeyd edək ki, konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edir.
Müzakirələrdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar yer alır.