Türkiyə və ABŞ Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunması üçün birgə işləməyə davam edəcəkş.
xəbər verir ki, bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin toplantısında bəyanat qəbul olunub.
Bəyanatda bildirilib ki, Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanla Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləməyə sadiqdirlər və belə bir sazişin regional sabitliyə, əməkdaşlığa və rifahı təşviq edəcəyinə dair razılığa gəliblər.
Tərəflər Qəzzada münaqişəyə son qoymağı yolları və humanitar böhranın tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.