Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson fevralda Venesuelanın paytaxtı Karakasa gizli səfər edib və bu səfər zamanı Ukraynadakı münaqişəni müzakirə etmək üçün ölkə prezidenti Nikolas Maduro ilə görüşüb.
xəbər verir ki, bu barədə “The Sunday Times” nəşri məlumat yayıb.
Məlumata görə, Conson Karakasa Dominikan Respublikasından şəxsi təyyarə ilə gəlib.
Karakasda 24 saatdan az vaxt keçirən keçmiş baş nazir Nikolas Maduro ilə Venesuelanın Rusiyaya silah və digər hərbi texnika tədarükünün mümkünlüyü ilə bağlı spekulyasiyalar fonunda Ukraynadakı münaqişəni müzakirə edib.