Meksikanın paytaxtı Mexikodan 70 kilometr aralıda yerləşən Popokatepetl vulkanı aktivləşməyə başlayıb.
xəbər verir ki, bu barədə Meksikanın Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Mərkəzi məlumat yayıb.
Son 24 saat ərzində 9 püskürmə, yüksək tezlikli və aşağı amplitudalı vulkanik təkanlar qeydə alınıb.
Vulkanik fəaliyyət nəticəsində atmosferə su buxarı, kül və müxtəlif qazların atılması müşahidə olunub.
Milli mərkəzin məlumatına görə, hazırda Popokatepetl vulkanı təhlükə səviyyəsinin ikinci mərhələsindədir.
Popokatepetl Latın Amerikasının ən böyük və ən aktiv vulkanlarından biridir, hündürlüyü 5420 metrə çatır.
Bir il əvvəl Popokatepetl vulkanının püskürməsi Meksikada hava limanının bağlanmasına səbəb olub. Ştatın 11 bələdiyyəsində vulkanik kül tullantılarına görə təhsil müəssisələrində dərslər ləğv edilib.