“Azərbaycanda artıq ödənişli yollar istifadəyə verilib. Dünya Bankının da ödənişli yollarla bağlı 5 vacib prinsipi müəyyənləşdirib”.
xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, ilk prinsip ödənişli yolla eyni keyfiyyətdə ona alternativ pulsuz yolun olmasıdır: “Eyni keyfiyyətli alternativ yol bizdə yoxdur. Bizdə alternativ yolun keyfiyyəti artırılmadan ödənişli yolla istifadəyə verilib”.
Deputat qeyd edib ki, ötən müddət ərzində taksi fəaliyyətində ciddi dəyişiklik baş verməyib: “Deyilir dəyişiklik gedir, ictimaiyyətə açıqlanır. Amma ictimaiyyət o dəyişiklikləri hiss etmir”.