Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub

Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub

Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Sabunçu rayon prokurorluğundan -ya verilən məlumata görə, martın 9-u, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

09.23

Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub.

xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Share: