Vaşinqton İsrailə silah tədarükünü məhdudlaşdırmaq niyyətində deyil

Vaşinqton İsrailə silah tədarükünü məhdudlaşdırmaq niyyətində deyil

Vaşinqton İsrailə silah tədarükünü məhdudlaşdırmaq niyyətində deyil

Hazırda ABŞ İsrailə silah və sursat tədarükünə məhdudiyyətlər qoymaq niyyətində deyil.

xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Biz ardıcıl olaraq açıq şəkildə bildirmişik ki, haqqında danışdığınız addımlar bizim cari siyasətlərimizə daxil deyil”, – deyə Sallivan İsrailə silah tədarükünə məhdudiyyətlərin tətbiqi perspektivlərini şərh edərkən deyib.

Xatırladaq ki, bir müddət öncə “Politico” nəşri yazmışdı ki, Təl-Əviv Qəzza zolağında quru əməliyyatını anklavın cənubundakı Rəfah şəhərinə qədər genişləndirsə, ABŞ Prezidenti Co Bayden İsrailə hərbi yardımı məhdudlaşdırmaq barədə düşünə bilər.

Share: