“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində sabah “Bayer”in qonağı olacaq.
Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso matçdan öncə keçirilən mətbuat konfransında çıxış edib.
“Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərməyə çalışacağıq. Sabah yüksək performans göstərmək üçün əlimizdən gələni edəcəyik. Qarşıda bizi çox oyunlar gözləyir. Bütün bacarığımızı göstərməliyik. Ümid edirəm ki, qalib gələcəyik. Hər oyuna diqqət etməliyik. Sabah “Volfsburq”la matçda olduğu kimi oynamayacağıq. Bizim üçün intensiv mərhələ başlayır. 3 turnirdə mübarizə aparırıq. Heyətimiz yaxşıdır, oyunçular sabahkı matç üçün hazırdır”, – ispaniyalı baş məşqçi bildirib.
42 yaşlı çalışdırıcı öncəki qarşılaşmalardan danışıb: “Bu rəqibə qrup mərhələsindəki hər iki oyunda qalib gəlmişdik. Son matçın ilk hissəsində problemlər yaşadıq. Artıq qrup mərhələsində deyilik. Əlbəttə, onlar da mübarizə aparacaqlar. Biz sabahkı matça yaxşı köklənməliyik. Rəqibdən qorxmuram, amma hörmət edirəm. Öz dinamikamıza inanırıq. Amma qorxmuruq”.
Qeyd edək ki, “Bayer” – “Qarabağ” qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq. Komandalar arasında Bakıda keçirilən ilk oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.