XI Qlobal Bakı Forumu beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından mühüm platformadır.
xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edən zaman bildirib.
Dövlət başçısı hazırda Azərbaycanın bu tədbirin nəticəyönümlü olması istiqamətində həm mahiyyət, həm də təşkilati nöqteyi-nəzərdən hazırlanması baxımından bütün lazımi tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb.