Blinken və Borrell Çinin Rusiyanın müdafiə sənayesinin bərpasındakı imkanlarını müzakirə ediblər

Blinken və Borrell Çinin Rusiyanın müdafiə sənayesinin bərpasındakı imkanlarını müzakirə ediblər

Blinken və Borrell Çinin Rusiyanın müdafiə sənayesinin bərpasındakı imkanlarını müzakirə ediblər

ABŞ dövlət katibi Antoni Blinken və Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Rusiya hərbi sənaye kompleksinin yenidən qurulmasında kömək etmək üçün Çinin göstərdiyi səyləri müzakirə ediblər.

xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

“Onlar Qırmızı dənizdə və Ədən körfəzində naviqasiya azadlığının qorunmasında qarşılıqlı marağımızı, habelə Çindən gələn ümumi çağırışlara cavab tapmaqda transatlantik birliyin əhəmiyyətini, o cümlədən Çindən Rusiya müdafiə sənayesininin bərpası istiqamətindəki təchizatla bağlı narahatlıqları müzakirə etdilər”, – diplomat qeyd edib.

Bundan əlavə, Blinken və Borrellin “Ukraynaya dəstək üçün sarsılmaz transatlantik birliyi vurğulayıblar”.

Onlar Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi, Qəzza zolağının sakinləri üçün humanitar yardımın həcminin artırılması imkanlarını müzakirə ediblər.

Share: