Türk dünyası irsinin siyahısının tərtib edilməsinə başlanılacaq

Türk dünyası irsinin siyahısının tərtib edilməsinə başlanılacaq

Türk dünyası irsinin siyahısının tərtib edilməsinə başlanılacaq

Türk dünyası xalqlarının mədəni irsini gələcək nəsillərə ötürməliyik.

xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ADA Universitetində keçirilən “UNESCO perspektivindən Türk dünyasının tarixi və mədəni irsinin araşdırılması və qorunması” adlı konfransda iştirakı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Çox mühüm və zamanında təşkil edilən tədbirdir. Mövzudan da görünür ki, türk dünyasının, xalqlarımızın zəngin tarixi irsi var. Biz bunu gələcək nəsillərə ötürməliyik. Bu gün rəqəmlər səsləndirildi: Çinin – 57, Fransanın – 52, bütün türk xalqlarının isə ümumilikdə 47 nümunəsi UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilib. Bu, çox azdır, çünki bizim xalqlarımız, ölkələrimiz zəngin təcrübəyə, irsə sahibdir və onların hamısı siyahıya əlavə edilməyib”, – deyə Ömüralıyev bildirib.

O, Bakıda yerləşən Türk Mədəniyyəti və İrsi Fondunun, bununla yanaşı, Beynəlxalq Türk Akademiyası və TÜRKSOY-un önəmli təşkilatlar olduğunu deyib.

“Biz öz mədəni irs siyahımızı tərtib etməyə başlayacağıq. Bugünkü konfransın nəticələrinə əsasən, türk dünyası irsinin siyahısının tərtibi edilməsi istiqamətində məqsədyönlü şəkildə işlərin görülməsinə başlanacaq”, – TDT rəhbəri əlavə edib.

Zümrüd Paşkin

Hacı Cavadov

Share: