Türkiyə və İraq birgə antiterror komitəsi yaratmaq barədə razılığa gəliblər

Türkiyə və İraq birgə antiterror komitəsi yaratmaq barədə razılığa gəliblər

Türkiyə və İraq birgə antiterror komitəsi yaratmaq barədə razılığa gəliblər

Türkiyə Respublikası ilə İraq Respublikası arasında keçirilən Təhlükəsizlik Mexanizmi Görüşü ilə bağlı Birgə Yekun Bəyannaməsi qəbul olunub.

-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Bağdadda iki ölkə arasında keçirilən ikinci Təhlükəsizlik toplantısı çərçivəsində 19 dekabr 2023-cü ildə Ankarada apardıqları danışıqların davamı olan bu təmaslarda regional inkişaflar və ikitərəfli sahələrdə müxtəlif çağırışlar qarşısında ortaq mövqelərini müzakirə ediblər.

Danışıqlar zamanı iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində struktur bazanın yaradılması və beləliklə, müntəzəm təmas mexanizmlərinin yaradılması məqsədilə Anlaşma Memorandumu üzərində işin intensivləşdirilməsi qərara alınıb:

“Danışıqlar zamanı hər iki tərəfin İraqın siyasi birliyinə, suverenliyinə və ərazi bütövlüyünə verdiyi önəm vurğulanıb. Bu çərçivədə sırf terrorla mübarizə, ticarət, kənd təsərrüfatı, enerji, su, səhiyyə və nəqliyyat sahələrində fəaliyyət göstərəcək Birgə Daimi Komitələrin yaradılması qərara alınıb”.

Bundan əlavə, Türkiyə tərəfi İraq Milli Təhlükəsizlik Şurasının PKK-nın İraqda qadağan olunmuş bir təşkilat olması ilə bağlı verdiyi qərarı alqışlayıb. Tərəflər İraq ərazisindən istifadə edərək Türkiyəni təhdid edən təşkilatlara qarşı görüləcək tədbirlər və onların genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Share: