Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-fevral aylarında daşınmış yüklərin həcmi 1273,9 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,9 faiz artıb.
Dövlət Statistika Komitəsindən “-Economics”ə verilən məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə daşınan yüklərin 50,5%-i neft yükləri təşkil edib.
Məlumata görə, dəniz limanları tərəfindən 2 072,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 1 658,9 min tonunu və ya 80%-i tranzit yüklər təşkil edib.
“2024-cü il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 136,4 min ton olub”, – məlumatda qeyd olunur.
Qeyd olunur ki, hesabat dövründə bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 42,9% artaraq 4 min nəfər olub.