ADY Novruz bayramında gücləndirilmiş iş rejimində çalışacaq

ADY Novruz bayramında gücləndirilmiş iş rejimində çalışacaq

ADY Novruz bayramında gücləndirilmiş iş rejimində çalışacaq

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“-Economics” “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir ki, artan sərnişin tələbatı nəzərə alınaraq 20-26 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə axşam və səhər reysləri, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə gündəlik reyslər təyin olunub.

Belə ki, martın 19-da Bakı–Ağstafa–Bakı marşrutu üzrə oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı saat 07:00-da Bakıdan Ağstafaya, saat 15:00-da isə geriyə, martın 20 və 21-də saat 09:15-də Bakıdan Ağstafaya, saat 18:00-da isə geriyə, martın 22-də saat 23:55-də Bakıdan Ağstafaya, martın 23-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Həmçinin xətt üzrə martın 20, 24, 25 və 26-da “Stadler” şirkətinə məxsus müasir sərnişin qatarları da əlavə reyslər üzrə fəaliyyətdə olacaq. Sözügedən günlərdə sürətli sərnişin qatarları Bakıdan saat 07:50-də, Ağstafadan isə saat 16:45-də yola düşəcək.

Bayram günlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.

Martın 20-26-da Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Share: