NATO-nun baş katibi Yens Stoltenberq martın 17-19-da Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.
xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
Stoltenberq martın 17-də Bakıda Prezident İlham Əliyevlə, 18-də xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla müzakirələr aparacaq.
Həmin gün Stoltenberq Tbilisiyə yola düşəcək, orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşəcək.
Martın 19-da Stoltenberq İrəvana səfər edəcək, orada prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.
Həmin gün NATO-nun baş katibi Ermənistanın baş naziri ilə mətbuata birgə bəyanatla çıxış edəcək.