BMT Əfqanıstandakı missiyasının mandatını daha bir il uzadıb

BMT Əfqanıstandakı missiyasının mandatını daha bir il uzadıb

BMT Əfqanıstandakı missiyasının mandatını daha bir il uzadıb

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyasının mandatı daha bir il uzadılıb.

AP xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Əfqanıstanla bağlı sessiyasında qətnamə layihəsi yekdilliklə qəbul edilib.

Qətnamaədə Missiyasının vəzifə və səlahiyyətləri dəyişdirilməyib və Əfqanıstan üzrə xüsusi nümayəndə Roza Otunbayeva yenidən rəhbər təyin edilib.

Qərarda BMT və digər fondların Əfqanıstanda mövcudluğunu davam etdirmələrinin vacibliyi vurğulanıb.

BMT Baş katibinin Əfqanıstandakı ümumi vəziyyətlə bağlı üç aydan bir hesabat təqdim etməsi tələbi ilə bağlı qərarda UNAMA-nın səlahiyyət müddəti 17 mart 2025-ci ilə qədər uzadılıb.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyası 2002-ci ildə BMT TŞ-nin 1401 saylı qərarı ilə yaradılıb və onun mandatı hər il uzadılıb.

Qərargahı Kabildə olan Missiyanın təxminən 1200 əməkdaşı var.

Share: