Avropa İttifaqına üzvlük asan olmayacaq

Avropa İttifaqına üzvlük asan olmayacaq

Avropa İttifaqına üzvlük asan olmayacaq

Səmimi olaq, bütün islahatları yerinə yetirsək, yenə də Avropa İttifaqına üzvlük asan olmayacaq.

xəbər verir ki, bunu Bosniya və Herseqovina Rəyasət Heyətinin sabiq serb üzvü Mladen İvaniç XI Qlobal Bakı Forumu çərçivəsində panel müzakirə zamanı deyib.

“Biz ən yaxşı ölkələrdən birinə çevrilsək də, bizə Aİ-dən gələn cavab o olacaq ki, xeyr, hələ tezdir”, – o əlavə edib.

Mladen İvaniç üzvlük üçün çatışmayan şərtlərin konkret bildirilməsini istəyib.

“Bu zaman, məsələn, biz konkret özümüzə şərt kəsə bilərik ki, 10 ilə bu çatışmazlıqları aradan qaldıraq və üzv olaq. Düşünürəm ki, artıq Avropa İttifaqı anlayışı yalnız qərb siyasi düşüncəsini özündə ehtiva etməməlidir”, – deyə o əlavə edib.

Share: