GMO yem məhsullarının qeydiyyata alınması qaydası təsdiqlənib

GMO yem məhsullarının qeydiyyata alınması qaydası təsdiqlənib

GMO yem məhsullarının qeydiyyata alınması qaydası təsdiqlənib

Yeni növ qida məhsullarının, qida əlavələrinin, yem əlavələrinin qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi qaydaları təsdiq edilib.

-nın xəbərinə görə, Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, qərarda yeni növ qida məhsullarının, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının, qida əlavələrinin, yem əlavələrinin, bioloji aktiv qida məhsullarının və təbii mineral suların qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydalarının və qeydiyyatının qüvvədəolma müddətinin müəyyən edilməsi nəzərdə tutulur.

Qərarın qəbul edilməsi ilə məhsulların Azərbaycan Respublikasının ərazisində istehsalı, emalı və dövriyyəyə buraxılmasından əvvəl onların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsinə, təhlükəsizliyinin və minimum keyfiyyətinin həmçinin etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsinə imkan yaranacaq.

Share: